Xəzər Xəbər

Bakıda narkotacir yaxalanıb - VİDEO

Veb TV | 18:34 • 23 Oktyabr 2019
Bakıda narkotacir yaxalanıb -

Bakıda narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.

Xezerxeber.az-ın məlumatına görə, şəhər sakini, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Sabunçu rayonu, Maştağa qəsəbəsində keçirilən əməliyyat zamanı Hacıqabul rayonunda qeydiyyatda olan İlham Rzayevi saxlayıblar. Onun üzərində şəxsi axtarış aparılıb və 50 qram çəkidə yüksək təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğuna dair polis əməkdaşlarında əsaslı şübhələr olduğundan İlham Rzayevin Maştağa qəsəbəsində yaşadığı evə də müvafiq qaydada baxış keçirilib. Oradan isə əlavə olaraq satış üçün hazır qablaşdırılmış formada 5 kiloqramdan çox heroin, 1 kiloqram 145 qram psixotrop maddə, 805 qram narkotik vasitə tiryək və 388 ədəd müxtəlif həblər aşkar edilərək götürülüb.

Ümumilikdə, Baş İdarə tərəfindən qanunsuz dövriyyədən 7 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddələr çıxarılıb. Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu və satmaq məqsədi ilə əldə etdiyini bildirib. Araşdırma zamanı saxlanılan şəxsin Sabunçu və paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan əsas narkotacirlərdən biri olduğu müəyyən edilib.

Faktla bağlı İlham Rzayev barəsində cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar