Bakı 35 ℃
Xəzər Xəbər
USD 1.7

Goranboyda qadının əlini bağlayaraq döyüblər - VİDEO

Veb TV | 590 | 18:27 • 10 Oktyabr 2019
Goranboyda qadının əlini bağlayaraq döyüblər -

At qonşular arasında davaya səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Goranboyun Əlirzalı kəndində baş verib.

35 yaşlı kənd sakini Sahilə Ələkbərova qonşunun çəpərinin yaxınlığında olan atı gətirən zaman Firduz Dəmirova və övladları qadına hücum edib. Onlar 35 yaşlı qadının əl-ayağını bağlayaraq onu döyüblər. Səs-küyə digər qonşular gəlib və döyülən Sahilə Ələkbərovanı xilas ediblər. Zərərçəkən Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Zərərçəkənin həyat yoldaşı Xaliq Bayramov qadının ata bağlayıb sürüdülməsinin baş vermədiyini, əlinin bağlanıb döyüldüyünü bildirib. O, həmçinin həyat yoldaşını döyən qonşuları ilə 6 ildən artıq küsülü olduqlarını da bildirib.

Goranboy rayon Mərkəzi Xəstəxanasında müalicə alan qadının vəziyyətinin normal olduğu bildirilib. Sahilə Ələkbərovanı döyən həmkəndlisi isə polis şöbəsinə dəvət edilərək izahatı alınıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar