Xəzər Xəbər

Bu yolda həm parklanma zolağı, həm də qadağanedici nişan var - sürücülər çaşqın vəziyyətdə - VİDEO

Veb TV | 18:49 • 12 Oktyabr 2019
Bu yolda həm parklanma zolağı, həm də qadağanedici nişan var -

Bakıda dayanma və durmanı qadağan edən nişanın təsir dairəsində avtomobillərin park edilməsi üçün də zolaq çəkilib. Bu hal isə yol hərəkətinin təşkilindəki bu səhv sürücüləri çaş-baş salıb.

Xezerxeber.az-ın məlumatına görə, sürücüləri ən çox narahat edən danayma və durma nişanı ilə parka etmə zolağının ərazidə olmasıdır. Onlar təklif edirlər ki, ya zolaq silinsin, ya da nişan götürülsün.

Yaranan problemlə əlaqdar Bakı Nəqliyyat Agnetliyinin Mətbuat katibi Mais Ağayev də əraziyə baxış keçirib. O bildirib ki, əvvala, hər bir sürücü hərəkətini hansısa bir xətlə yox, yoldakı nişanla tənzimləməlidir və yazılan cərimələr də tam qanunauyğundur.

Mais Ağayev onu da bildirib ki, əvvəllər parklanma ilə bağlı çəkilmiş zolaqlarla bağlı aidiyyatı quruma məlumat veriləcək və günü sabahdan onların silinməsi işləri aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti