Xəzər Xəbər

Multikulturalizm foto-sərgisi təşkil olunub VİDEO

Veb TV | 18:51 • 20 Sentyabr 2019
Multikulturalizm foto-sərgisi təşkil olunub

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dənizkənarı milli parkda foto-sərgi təşkil olunub. Foto-sərgidə Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin Bakı Media Mərkəzinin peşəkar fotoqrafları tərəfindən lentə alınmış foto şəkilləri təqdim edilib.

Məlum olduğu kimi, Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə 2016-cı ildə Azərbaycanda "Multikulturalizm ili" çərçivəsində "bir günəş altında" adlı film ərsəyə gətirmiş, filmdə Azərbaycanda yaşayan 17 xalqın nümayəndələrinin həyat və məişətini, mədəniyyət və incəsənətini nümayiş etdirmişdi. Filmin çəkildiyi bütün ərazilərdə çəkilən fotoların məqsədi Azərbaycanda tolerant mühitin formalaşdığını, dinindən, dilindən, milliyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquq və azadlıqlardan istifadə etmək imkanı qazandığını bir daha göstərməkdir.

Qeyd edək ki, fotoqraflar Azərbaycanın müxtəlif bölgələrində 54 kənd və qəsəbənin sakinlərini lentə alıb, Azərbaycan təbiətinin gözəlliyini əks etdirən 3850 mənzərənin, təbiətin qoynunda yaşayan müxtəlif yaşlı, fərqli etnik qruplara aid 2625 insanın fotosunu çəkib.

Sərgidə bu şəkillərin içərisindən seçilən 80 foto nümayiş olunur.

Xəbər lenti