Xəzər Xəbər

Qeyri-neft sektoruna kapital qoyuluşu artır VİDEO

Veb TV | 19:55 • 4 Sentyabr 2019
Qeyri-neft sektoruna kapital qoyuluşu artır

Azərbaycanda bu ilin ilk 7 ayında qeyri-neft sektorunun artım tempi 3 faiz, qeyri-neft sektoru üzrə ixrac 17 faiz və qeyri-neft sənayesi 15,8 faiz artıb. Bunu Strateji yol xəritələrinin icra vəziyyətinin müzakirələrində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə qurumların qarşılıqlı fəaliyyəti nəticəsində iqtisadiyyatın müxtəlif sahələrində ciddi irəliləyişlər müəyyən olunub.

Müzakirələr zamanı aidiyyəti qurumlar tərəfindən icrası nəzərdə tutulan və icrası davam edən tədbirlərin icra vəziyyəti və bu prosesdə qarşıya çıxan çətinliklər, tapşırıqların icrasının sürətləndirilməsi imkanları təhlil olunub. İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, nazirlik həyata keçirilən islahatların böyük əksəriyyətində yaxından iştirak edir.

Mərkəzi Bankın sədr müavini Alim Quliyev isə bildirib ki, maliyyə sabitliyinin təmin olunmasında dövlət qurumlarının koordinasiyalı fəaliyyətinin böyük önəmi var. Bu nəticədə milli iqtisadiyyatın dayanıqlılığını təmin edir.

Müzakirələrdə qeyd olunub ki, iqtisadi islahatların nəticəsi olaraq a inflyasiya cəmi 2,7 faiz təşkil edib və manatın sabitliyi qorunub. "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nə dair müzakirələrdə Prezident Administrasiyası və bir sıra dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024