Xəzər Xəbər

Azərbaycan hərbi həkimləri “Hərbi-tibbi estafet” müsabiqəsinin növbəti mərhələsində iştirak ediblər - FOTO+VİDEO

Veb TV | 16:09 • 11 Avqust 2019
Azərbaycan hərbi həkimləri “Hərbi-tibbi estafet” müsabiqəsinin növbəti mərhələsində iştirak ediblər -

"Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Özbəkistanda keçirilən "Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlər "Yaralanan və xəsarət alan heyətin döyüş meydanından təxliyə edilməsi” mərhələsində bacarıqlarını sınayıblar.


Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səhra şəraitində baş tutan yarışda hərbi həkimlər yaralı və xəsarət alan hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi, onun şərti düşmənin atəşi altından çıxarılaraq ixtisaslı yardımın göstəriləcəyi məntəqəyə çatdırılması və digər tapşırıqları normativlərə uyğun olaraq icra ediblər.

Azərbaycan hərbi həkimlərinin də iştirak etdiyi müsabiqəyə 11 ölkənin komandası qatılıb.



Xəbər lenti