Xəzər Xəbər

Sumqayıtda mebel sexi yanıb, iki yanğınsöndürən xəsarət alıb - VİDEO

Veb TV | 19:20 • 10 Avqust 2019
Sumqayıtda mebel sexi yanıb, iki yanğınsöndürən xəsarət alıb -

Sumqayıt şəhərində mebel sexində yanğın baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə şəhərin 18-ci mikrorayon, Çerkassi küçəsində yerləşən Süleyman Əliyevə məxsus mebel sexində qeydə alınıb.

Hadisə yerinə çağrılan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafisə Hissəsinin bir neçə yanğınsöndürən avtomobili və canlı qüvvəsi alovu ram etməyə çalışıb.

Hadisə zamanı iki nəfər yanğınsöndürən müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralılar dərhal Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıb.

Yanğın zamanı sexə yarım milyon manata yaxın ziyan dəydiyi ehtimal edilir. İlkin ehtimala görə yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024