Xəzər Xəbər

Göygöl rayonunda iki yeniyetmə boğulub - VİDEO

Veb TV | 18:50 • 7 İyul 2019
Göygöl rayonunda iki yeniyetmə boğulub -

Göygöl rayonunda iki nəfər kiçik göldə boğulub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Gəncəçay çayının Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Çay üzərindəki kiçik su hövzəsində sərinləmək məqsədilə çimən iki yeniyetmə - Göygöl rayon sakinləri 15 yaşlı Ruzigar Rzayev və 12 yaşli Akif Səfərov batıb. Fövqəladə Hallar Nazirliyinin kiçikhəcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aparılan axtarış tədbirləri bir müddət sonra nəticə verib. Yeniyetmələrin suda batan meyitləri tapılaraq çıxarılıb və aidiyyəti orqanlara təhvil verilib.

Xezerxeber.az hadisədən videogörüntünü təqdim edir:


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024