Xəzər Xəbər

Maştağada istinxanada əməliyyat: Həbs olunan var VİDEO

Veb TV | 19:00 • 27 İyun 2019
Maştağada istinxanada əməliyyat: Həbs olunan var

Adətən tərəvəz məhsullarının yetişdirildiyi istixanada bu dəfə çətən kolu əkilib. Üstəlik hər binin sahəsi 250 kvadratmetr olan iki böyük istixanada. Görüntülər Maştağa qəsəbəsi sakini Nahid Əliyevin həyətindəndir.

Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin 14-cü Polis Bölməsi əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində Nahid Əliyev saxlanılıb və ona məxsus olan 2 istixanadan ümumi çəkisi 244 kiloqram olan 912 ədəd çətənə kolu aşkar edilib.

Axtarış zamanı onun evindən əlavə olaraq 650 qram qurudulmuş marixuana və elektron tərəzi da aşkar edilərək götürülüb. Faktla bağlı 14-cü Polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti