Xəzər Xəbər

Argentina 1/4 finalda VİDEO

Veb TV | 12:21 • 24 İyun 2019
Argentina 1/4 finalda

Amerika Kubokunda III turun oyunları davam edir.


Braziliyanın ev sahibliyi etdiyi yarışda ötən axşam B qrupunda mübarizəyə yekun vurulub. İlk iki turda cəmi bir xal qazanan Argentina Qətərlə qarşılaşıb və 2:0 hesablı qələbəyə sevinib. Qollara Lautaro Martines və Serxio Aquero imza atıb.


Qrupun digər oyununda Kolumbiya Paraqvayla üz-üzə gəlib. Kolumbiyalılar Qustavo Kuelların yeganə qolu ilə qələbəni bayram edib.


Bu nəticələrdən sonra Kolumbiya 9 xalla birinci, Argentina 4 xalla ikinci pilləni tutaraq 1/4 finala çıxıb. 2 xalı olan Paraqvay ən yaxşı iki qrup üçüncüsündən biri olaraq növbəti mərhələyə çıxa bilər.


Fanat.Az


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024