Bakı 12 ℃
Xəzər Xəbər
USD 1.7

Tanınmış idmançının oğlunu 1 manata görə öldürdülər VİDEO

Veb TV | 1,422 | 17:38, 16 İyun
Tanınmış idmançının oğlunu 1 manata görə öldürdülər

Gəncədə qətl törədilib.

Hadisə H.Əliyev prospektindəki çay evlərinin birində baş verib.

Belə ki, 30-35 yaşlarında olan Elnur Alıyev mübahisə zəminində bıçaqlanıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib.

İlkin məlumata görə, E.Alıyev 1 manat üstündə tanışı ilə aralarında yaranmış mübahisə zamanı bıçaqlanıb.

Qətlə yetirilən Elnur Alıyevi Elçin adlı tanışı qətlə yetirib.

O da məlum olub ki, qarşılıqlı münaqişə zamanı Elçin də bıçaq xəsarəti alıb. O, hadisədən sonra Gəncədəki özəl klinikaların birinə yerləşdirilib.

Hadisə yerində polis və prokurorluq əməkdaşları araşdırma aparır. E. Alıyev Gəncədə tanınmış kikboksinq üzrə məşqçi İlqar Alıyevin oğludur.

Çox oxunanlar