Xəzər Xəbər

Övladlığa uşaq götürməklə bağlı yeni mexanizm tətbiq edilir - VİDEO

Veb TV | 19:52 • 13 İyun 2019
Övladlığa uşaq götürməklə bağlı yeni mexanizm tətbiq edilir -

Azərbaycanda övladlığa uşaq götürmək istəyən şəxs bir elektron mərkəzə müraciət edəcək və bütün sənədlər sorğu əsasında alınacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni sistem yaradılır.

Özündə bir çox yenilikləri ehtiva edən yeni sistemlə valideyn olmaq istəyənlərin işi rahatlaşacaq. Çünki elektron alt sistemlə övladlığa uşaq götürmək arzusunda olanların vahid bazası yaradılacaq və vətəndaş-məmur münasibətləri minimuma endiriləcək. Bundan başqa, valideynlərin təlimə cəlb edilməsi kimi yeniliklər də tətbiq ediləcək.

Bütün bunların olması üçün qanunvericiliyə dəyişikliyin ediləcəyi gözlənilir. Ailənin yaşayış minimumu qədər gəliri varsa, övladlığa uşaq götürməsinə icazə veriləcək. Hətta ailənin rəsmi gəliri yoxdursa, bu zaman bank hesablarındakı gəlirlər də nəzərə alınacaq. Bu gəlirin minimum nə qədər olması isə hələ ki, təsdiqlənməyib.

Uşaqları övladlığa götürmə üzrə elektron sistemin bu ilin noyabr ayının 1-də fəaliyyətə başlaması gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar