Xəzər Xəbər

ABŞ-da vertolyot göydələnə sərt eniş etdi, ölən və yaralanan var VİDEO

Veb TV | 10:13 • 11 İyun 2019
ABŞ-da vertolyot göydələnə sərt eniş etdi, ölən və yaralanan var

ABŞ-ın Nyu-York şəhərində vertolyot göydələnə sərt eniş edib.

Hadisə nəticəsində 1 nəfər ölüb, daha biri yaralanıb.

Nyu-Yorkun qubernatoru Endrü Kuomo bildirib ki, ilkin məlumatlara görə, vertolyot 54 mərtəbəli ofis binasının damına enib.

Vertolyotun enişindən sonra yanğın baş verib. Polisin məlumatına görə, yanğın söndürülüb. Binadan yüzlərlə insan təxliyə edilib./publika.az

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024