Xəzər Xəbər

Tanış olun, Yaponiyanın yeni imperatoru VİDEO

Veb TV | 12:24 • 1 May 2019
Tanış olun, Yaponiyanın yeni imperatoru

Yaponiyanın 59 yaşlı vəliəhd şahzadəsi Naruhito imperator olub. Təntənəli mərasimdən sonra taxta qalxan yeni imperator dünyaya sülh və səadət arzulayıb.

BBC-nin məlumatına görə, Naruhito "Reyva” (yaponca:nizam-intizam və harmoniya) erasının başladığını və hakimiyyətdə olacağı müddət ərzində onun qorunmasını təmin edəcəyini bildirib.

85 yaşlı atası Akihito Yaponiyanın son 200 illik tarixində taxtdan imtina etmiş ilk monarx olub.

Qeyd edək ki, mayın 1-dən etibarən taxta qalxan imperator Naruhito Yaponiyanın sayca 126-cı imperatoru hesab olunur.

23 fevral 1960-cı ildə Yaponiyanın Tokyo şəhərində anadan olub. 1982-ciildə Gakuşuin Universitetində tarixşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi əldə edib.Növbəti ilin iyul ayında üç aylıq ingilis dili kurslarını bitirdikdən sonra Oksford Universiteti nəzdində Merton Kollecinə daxil olub. Təhsili başa vurduqdan sonra vətənə dönərək tarix üzrə magistr pilləsinə yüksəlib. 28 yaşında Yaponiyanın vəliəhd şahzadəsinə çevrilib.

1986-cı ildə hazırda Yaponiya imperatriçəsi olan Masako Ovadailə tanışolub. Cütlük 1993-cü ildə evlənib. Masako Harvard və Oksford universitetləri məzunudur. Evlənməzdən əvvəl diplomat olaraq fəaliyyət göstərib.

İmperator cütlüyünün2001-ci il təvəllüdlü Ayko adlı qızı var.

Qeyd edək ki, Yaponiyanın hazırkı qanunvericiliyi qadınların taxta çıxmasına icazə vermir.


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024