Xəzər Xəbər

''Kaspi'' liseyinin şagirdləri daha bir uğura imza atıb VİDEO

Veb TV | 20:05 • 25 Aprel 2019
''Kaspi'' liseyinin şagirdləri daha bir uğura imza atıb

Rumıniyanın paytaxtı Buxarestdə 36 ölkənin iştirak etdiyi beynəlxalq olimpiadaya qatılan Kaspi liseynin şagirdləri bu gün vətənə qayıdıblar. Hava limanında şagirdlərin təntənəli qarışlanma mərasimi olub. Yarışda 17 şagirdlə təmsil olunan Kaspi liseyinin 15 şagirdi medala layiq görülüb.

''Kaspi'' liseyinin şagirdləri daha bir uğura imza atıb.

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 17-ci beynəlxalq olimpiadada ''Kaspi'' liseyndən 6-dan 9-cu sinifə qədər 17 şagird iştrak edib. İnformatika, proqramlaşdırma və robot texnikası üzrə keçirilən olimpiadaya 36 ölkədən xeyli şagird qatılıb.

5 gün gərgin keçən olimpiadada ''Kaspi'' liseyindən 15 şagird medala layiq görülüb. Onlardan 3-ü gümüş, 12 şagird isə bürünc medal qazanıb. Liseyin şagirdləri bu gün Bakıya qayıdıblar. Onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında liseyin nümayəndələri və valideynlər üçrəngli Azərbaycan bayrağı ilə təntənəli şəkildə qarşılayıbar.

''Kaspi'' liseynin Beynəlxalq Olimpiadalar üzrə Kordinatoru Kamran Əsgərov deyir ki, şagirlərin olimpiadadakı nəticələri çox yaxşıdır.

Təntənəli qarşılanan şagirdlər olimpiadanın çətin və gərgin keçidyini deyiblər..

Qeyd edək ki, Olimpiadada 36 ölkə mübarizə aparıb. ''Kaspi'' liseyinin şagirdləri bu dəfə də yüksək nəticə göstərərək vətənə medallarla qayıdıblar.

Xəbər lenti