Xəzər Xəbər

Əfsanə gerçək oldu: Qədim misirlilərin qeyri-adi texnologiyası tapıldı - VİDEO

Veb TV | 17:57 • 19 Mart 2019
Əfsanə gerçək oldu:

Arxeoloqlar qədim misirlilərin istifadə etdiyi böyük bir qayıq tapıb. Alimlər bunun mövcud olması haqda uzun müddətdir fikir ayrılığı yaşayırdı. Herodot hələ eramızdan əvvəl 450-ci ildə belə qayıqlar barədə yazmışdı.

"ScienceAlert” xəbər verir ki, qayıq su altında qalmış qədim Tonis-Heraklion şəhərinin yaxınlığında, İsgəndəriyyənin şimal-şərqində tapılıb.

Qayığın əvvəllər müşahidə olunmayan quruluşu var. Böyük aypara şəklindəki gövdəsi, qalın mıxlarla bərkidilmiş taxtalar ənənəvi təsir bağışlamır. Qayıq 28 metr uzunluğundadır, Nil çayında hərəkət üçün nəzərdə tutulubmuş. Buna hətta kiçik gəmi də demək olar.

Akasiya ağacından hazırlanmış qayığın 70 faizi yaxşı qalıb. Elm adamlarının fikrincə, qayıq Herodotun təsvirlərinə çox bənzəyir.

Herodot eramızdan əvvəl 484-425-ci illərdə yaşayıb. Qədim yunan tarixçisi Babilə, Assuriyaya, Misirə, kiçik Asiyaya, Balkan yarımadasına səyahətlər edib, gördüklərini yazıb. "Tarix” traktatında Avrasiya xalqlarının əksərinin həyatını təsvir edib./Bizimyol.info

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024