Xəzər Xəbər

Gömrük Komitəsi 9 ədəd “Body Scan” yoxlama aparatı alıb - VİDEO

Veb TV | 20:10 • 22 Fevral 2019
Gömrük Komitəsi 9 ədəd “Body Scan” yoxlama aparatı alıb -

Bir xidməti itin birillik saxlanma xərci qida rasionundan asılı olaraq 1000-2000 manat arasındadır. Onun Avropada satışı isə 10-15 min avrodur.

Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzin rəisi İlkin Osmanov deyib.

Qeyd edək ki, bu gün Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur təşkil edilib. 

Mediatur zamanı o da bildirilib ki, ölkəyə 9 ədəd "Body Scan" yoxlama aparatı gətirilib. Yaxın zamanda ölkənin bütün beynəlxalq hava limanlarında yeni yoxlama aparatları quraşdıracaq. Sözügedən cihazın cənub sərhəd-keçid məntəqələrində də quraşdırılması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024