Xəzər Xəbər

Bəzi siyasətçilər Ermənistanın “konyak diplomatiyası”nın girovuna çevrilib - VİDEO

Veb TV | 18:43 • 13 Yanvar 2019
Bəzi siyasətçilər Ermənistanın “konyak diplomatiyası”nın girovuna çevrilib -

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev Ermənistandakı real vəziyyəti əks etdirən faktları ortaya qoyub. Dövlət başçısı vurğulayıb ki, işğalçı ölkə böhran içərisindədir. Total saxtakarlıqlar baş versə də, bir sıra beynəlxalq təşkilatlar buna göz yumur.

Məsələni şərh edən millət vəkili Musa Qasımlı bildirib ki, ermənilər beynəlxalq arenada rüşvət amilindən istifadə edərək siyasətçilərin onlar haqqında müsbət söyləmələrinə nail olurlar. Reallıq isə tam başqadır.

Son illər Ermənistanda baş verən kriminal hadisələr, hakimiyyətin yol verdiyi total saxtakarlıqlar və bir sıra beynəlxalq təşkilatların buna reaksiyası təəssüf doğurur.

Millət vəkili Musa Qasımlı qeyd edib ki, ötən gün Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin Ermənistan haqqında səsləndirdiyi fikirlər işğalçı ölkədəki vəziyyəti tam dəqiqliklə əks etdirir.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistanda illərdir ki, kriminal rejim hakimiyyətdədir və nəticədə ölkədə sosial-iqtisadi sahədə, eləcə də xalqla iqtidar arasında böyük uçurum var.

Musa Qasımlı deyib ki, dünyaya demokratiya dərsi keçən bir sıra beynəlxalq təşkilatların bu məsələyə heç bir reaksiya verməməsi təsadüfi deyil. Çünki Ermənistanın xarici siyasətində rüşvət amili həmişə birinci yerdə olub.

Millət vəkilinin sözlərinə görə, bəzi beynəlxalq təşkilatların Ermənistanla bağlı sərgilədiyi mövqe bir daha sübut edir ki, bu qurumların diqtə etdikləri dəyərlər subyektiv xarakter daşıyır və ikili standartlara əsaslanır. Bununla da özlərini gülünc duruma salmış olurlar. Təkcə onu qeyd etmək lazımdır ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal dəstə əvvəlki illərdə 50 faizdən çox səs topladığını iddia edirdi. Amma son seçkidə onlar heç 5 faiz də səs yığa bilmədi.

Musa Qasımlı deyib ki, əslində Ermənistanda siyasi qüvvələrə etimad qalmayıb. Bu, son seçkidə də özünü göstərdi.

Millət vəkili vurğulayıb ki, işğala son qoyulmadıqca Ermənistanda ciddi dəyişikliklər olmayacaq. Ölkənin bu vəziyyətə düşməyinin əsas səbəbi işğalçılıq siyasətidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024