Xəzər Xəbər

Turizm şirkətləri məktəbli turlarının təşkilinə başlayıb - VİDEO

Veb TV | 20:07 • 16 Dekabr 2018
Turizm şirkətləri məktəbli turlarının təşkilinə başlayıb -

Şagirdlərin həftəsonu istirahətini daha səmərəli və maraqlı keçirməsi üçün turizm şirkətləri məktəbli turlarının təşkilinə başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, həftəsonu şagirdlər üçün turlar əsasən tarixi abidələrə, Bakıətrafı qoruqlara və bölgələrə təşkil olunur.

Turboyunca maraqlı oyunlar və maarifləndirici yarışlar keçirilir. Şagirdlər qruplara bölünərək xarici dillərdə danışıqklubları təşkil olunur.

Turizm üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, burda şagirdlər istirahətlə yanaşı əlavə məlumatlar öyrəndikləri üçün valideynlər özləri övladının iştirakındamaraqlı olur. Qiymətlər isə gediləcək yerə və təklif olunan paketə görə dəyişir.

Şəhərdə apardığımız qısa sorğu da göstərdi ki, artıq belə turlarla səyahət edən şagirdlər var.

Daxili turlarla yanaşı xarici ölkələrə tətillərdə və yay aylarında da məktəbli turları təşkil olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024