Xəzər Xəbər

Bu cihaz mənzildəki avadanlıqları uzaqdan idarə edir VİDEO

Veb TV | 20:09 • 3 Dekabr 2018
Bu cihaz mənzildəki avadanlıqları uzaqdan idarə edir

Bu cihaz uzaqdan mənzildəki avadanlıqları idarə etməyə imkan verəcək. Azərbaycan Texniki Universitetinin müəllimi Rəşid Əliyev ağıllı ev konsepsiyası əsasında xüsusi cihaz yaradıb. Cihaz hələ ki sınaq mərhələsindədir

Rəşid Əliyev deyir ki, onun hazırladığı sistemin daha təkmilləşdirilmiş versiyaları xarici ölkələrdə istehsal edilir. Sadəcə çox baha qiymətə idxal edildiyindən alim bu cihazın ölkə daxilində kütləvi şəkildə istehsalını təklif edir.

Cihazın iş prinsipi sadədir. Avadanlığa istənilən proqramı yazıb uzaqdan mobil telefon vasitəsilə idarə etmək mümkündür.İdarə ediləcək obyektlər də mikroklapanlarla təchiz edilməlidir.

Universitetin laboratoriyasında olan cihaz hələ ki zəngin nəzərdə tutulmuş saatlarında çalınmasını həyata keçirir.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024