Xəzər Xəbər

Maşınını evin qarşısında saxladı, qayıdanda yerində tapmadı VİDEO

Veb TV | 19:21 • 20 Noyabr 2018
Maşınını evin qarşısında saxladı, qayıdanda yerində tapmadı

Axşam avtomobilini evin qarşısında saxlayan şəxs səhər onu yerində tapmayıb. Hadisə Abşeron rayonunda baş verib. Paytaxtın Nəsimi rayonunda avtomobildən mobil telefon oğurlanıb. Cavadxan küçəsində isə akumulyator oğurlamaq istəyən şəxs bina sakinləri tərəfindən telefonla çəkilib. Bunu görən oğru avtomobilin yanından sürətləqaçmağa başlayır.

Abşeron rayonunda avtomobil oğurlanıb.

Hadisə ayın 16-da gecə saatlarında Çingiz Mustafayev küçəsində baş verib. Avtomobil sahibi Pərviz Lətifov deyir ki, dövlət qeydiyyat nişanı 20-CL-098 olan avtomoilini hər zaman olduğu kimi kirayə qaldığı evin qarşısındakı küçədə park edib. səhər oyananda isə avtomobili yerində tapmayıb.

Zərərçəkmişin dediyinə görə, avtomobilin açarı üstündə olub. buna baxmayaraq o qapıları bağlayıbmış.

Abşeron rayon polis İdarəsindən bildirildi ki, hazırda faktla bağlı araşdırma davam etdirilir.

Paytaxtın Nəsimi rayonu, Füzuli küçəsində isə avtomobildən mobil telefon oğurlanıb. həmin oğurluq anı anbaan yaxınlıqda olan mağazanın təhlükəsizlik kamerasına düşüb.

Kadrlardan aydın olur ki, bir nəfər sürücüyə yaxınlaşaraq ondan gedəcəyi ünvanın yerini soruşur. bu zaman sürücünün başının qarışdığını görən digər şəxs avtomobilin qapısını açaraq telefonu götürür.

Qalib Cəfərov deyir ki, əgər hadisəni törədən şəxs öz istəyi ilə onun telefonunu qaytarsa, ondan şikayətçi olmayacaq.

Məsələ ilə bağlı Nəsimi rayon 21-ci polis bölməsinə məlumat verilib. Hazırda telefonu oğurlayan şəxsin axtarışları davam etdirilir.

Nəsimi rayonu cavadxan küçəsində isə günüz saatlarında oğurluğa cəhd olub. Bir nəfər avtomobilin matorxana hissəsini açaraq akumlyator oğurlamaq istəyib.

Həmin anın görüntüsü isə yaxınlıqda olan bir nəfər tərəfindən çəkilib.

Çəkildiyini görən şəxs işi yarımçıq qoyaraq qaçıb. Hazırda həmin şəxsin də axtarışları davam etdirilir

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024