Xəzər Xəbər

Dövlət Miqrasiya Xidməti bir sıra yeniliklərin tətbiqinə başlayır - VİDEO

Veb TV | 20:32 • 16 Noyabr 2018
Dövlət Miqrasiya Xidməti bir sıra yeniliklərin tətbiqinə başlayır -

Dövlət Miqrasiya Xidmətinin göstərdiyi bütün xidmətlər mobil telefon vasitəsilə bir tətbiqetmə ilə həyata keçiriləcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, istifadəçilərin mobil tətbiqdən daha rahat faydalanmaları üçün proqramın interfeysi çox sadə hazırlanıb.

Dövlət Miqrasiya Xidmətinin rəisi onu da bildirib ki, miqrasiya ilə bağlı ümumi məlumatlandırma platforması funksiyası daşıyan, əcnəbilərə ölkə haqqında, eləcə də qanunvericiliyin tələbləri barədə məlumatların anlaşıqlı dildə çatdıracaq yeni bir veb səhifə də yaradılır. Bununla yanaşı, yaxın zamanlarda Gürcüstanla sərhəddə yerləşən "Sınıq körpü" və İranla sərhəddə olan "Astara" sərhəd-nəzarət buraxılış məntəqələrində miqrasiya xidməti bölmələri fəaliyyətə başlayacaq. Bu isə əcnəbilər üçün bir sıra ximətləri daha da asanlaşdırılacaq.

Vüsal Hüseynov əlavə edib ki, artıq üç aydır "ASAN viza" sistemi vasitəsilə verilən elektron viza növləri sırasına əmək məqsədi üçün giriş vizasının da daxil edilməsi ölkəmizə gələn şəxslərin rahatlığının təmin edilməsinə imkan verir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti