Xəzər Xəbər

Dövlət büdcəsinin müzakirəsi davam etdirilir - Millət vəkilləri təkliflərlə çıxış ediblər - VİDEO

Veb TV | 20:20 • 14 Noyabr 2018
Dövlət büdcəsinin müzakirəsi davam etdirilir -

Milli Məclisin plenar iclasında dövlət büdcəsinin müzakirələri bu gün də davam etdirilib. Millət vəkilləri müxtəlif sahələri əhatə edən təkliflərlə çıxış ediblər. Xüsusən də sosial müavinətlərin artırılması təklif edilib.

Xezerxeber.az-ın məlumatına görə, millət vəkili Məlahət İbrahımqızı şəhid ailələri və Qarabağ əlillərinin problemlərinin təkcə bir nazirliyin çərçivəsində həllinin mümkün olmadığını bildirib. O, bu problemlərin həlli

üçün daimi dövlət komissiyasının yaradılması təklifi ilə çıxış edib. Millət vəkili, həmçinin Məşğuluq Xidmətinin fəaliyyətindən də narazılıq edib.

Miləlt vəkili Fazil Mustafa isə hazırda Bakıda tıxacların çox olduğunu və buna rəğmən metro tikintisinə ayrılan vəsaitin az olduğunu bildirib. Nümunə kimi isə uzun illərdir Papanində aparılan metro tikintisi işlərinin yekunlaşmadığını bildirib. O, əlillərə verilən müavinətlərin də artırılmasını istəyib.

Millət vəkili Rəfael Hüseynov isə gələn ilin büdcəsindən filmlərin çəkilməsinə ayrılan vəsaitin artırılmasını istəyib. Plenar iclasda çıxış edən Siyavuş Novruzov veteranların sosial təminatının yaxşılaşdırılmasının vacibliyini bildirib.

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev növbəti il üçün pensiyaların orta artım məbləğini açıqlayıb.

Plenar iclasda 2019 cu ilin dövlət büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edilib. Ümumilikdə, gündəliyə daxil olan 11 məsələnin müzakirəsi sabah da davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024