Xəzər Xəbər

Üç rayonda oğurluq: saxlanılanlar var - VİDEO

Veb TV | 19:54 • 13 Noyabr 2018
Üç rayonda oğurluq: saxlanılanlar var -

Qaxda oğurluqla məşğul olan iki dost tutulub.

Xezerxeber.az-ın məlumatına görə, rayon sakini Rəcəb Nəzirov evindən 3000 manat pul, tir tapançası, qızıl-zinət və digər məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət edib. Əməliyyat zamanı saxlanılan dostlar Səbuhi Məmmədov və İmeda Qamxaraşvili törətdikləri əməlləri etiraf ediblər.

İstintaqın gedişatında İmeda Qamxaraşvilinin Qax rayon sakini Temur Lomaşvilinin evindən də bir ədəd tir tüfəngini oğurladığı müəyyən edilib.

Masallıda isə Cəlilabad-Masallı dəmiryolu mənzilindən rels yanlığı və rels altlığı oğurlayan şəxslər saxlanılıb. Masallının Təklə kənd sakinləri Səfail Şahbazov və sürücü İbrahim Qurbanov idarə etdiyi yük maşını şübhə doğurduğundan polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu arada Qazaxın icra başçısının keçmiş müavini Fərman Nağdalıyevin evinə də basqın olub. Hadisə şəhərin Bakı küçəsində qeydə alınıb. Bir nəfər maskalı şəxs evə daxil olaraq Fəranə Məmmədovaya bıçaqla hədə-qorxu gələrək onun barmağındakı qızıl üzüyü, brilyant qaşlı sırğaları və 50 manat nağd pulunu alıb

Artıq bir nəfər şübhəli səşxs qismində saxlanılıb. Hadisənin təfərrüatları aparılan araşdırmardan sonra məlum olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar