Xəzər Xəbər

Heroin satmaq istəyən şəxs tutuldu VİDEO

Veb TV | 19:56 • 7 Noyabr 2018
Heroin satmaq istəyən şəxs tutuldu

Külli miqdarda narkotik maddə satmaq istəyən şəxslər ifşa edilib. Məlum olub ki, həmin şəxslər heroini İrandan Azərbaycana satmaq məqsədi ilə gətiriblər.

İrandan Azərbaycana satmaq üçün narkotik maddə gətirən şəxs tutulub.

Məlumat əsasında Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Lənkəran rayon sakini İsmət Babayevin idarə etdiyi avtomobil saxlanılıb. Onun avtomobilində olan Masallı rayon sakini İltimas Əliyevin üzərinə baxış keçirilən zaman selofan torbaya bükülmüş içərisində 1 kiloqram 100 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı İltimas Əliyevin həmin narkotik vasitəni Masallı rayonu ərazisində "Hacı" adlı İran vətəndaşından aldığı və İsmət Babayevlə birlikdə satmaq məqsədi ilə Sumqayıt şəhərinə gətirdiyi müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti