Xəzər Xəbər

Sakinlər dayanacaq sarıdan əziyyət çəkirlər - 2 km-dən artıq məsafədə dayanacaq yoxdur - VİDEO

Veb TV | 20:35 • 23 Oktyabr 2018
Sakinlər dayanacaq sarıdan əziyyət çəkirlər -

Bakının Azadlıq Prospektinin Rəsulzadə qəsəbəsi ərazisində sakinlər dayanacaq sarıdan əziyyət çəkirlər. Burada yol boyu 2 km-dən artıq məsafədə dayanacaq yoxdur. Problemdən aidiyyatı qurumlar xəbərdardır.

Yol boyu təxminən 2 km-dən artıq bir məsafədə avtobus dayanacağına rast gəlinmir.

Baxmayaraq ki, bura insanların ən sıx məskunlaşdığı qəsəbələrdən biri hesab edilir. Üstəlik paytaxtın ən böyük prospektlərindən biri olan azadlıq prospekti də buradan keçir.

Söhbət Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ilə Metronun azadlıq stansiyasının arasındakı məsafədən gedir. Qəsəbə sakinləri deyirlər ki, təxminən 6 il əvvəl parkın yanında bir dayanacaq olub. Sonradan isə həmin dayanacaq götürülüb. Bu səbəbdən artıq bir neçə ildir ki, qəsəbə sakinləri dayanacaq sarıdan böyük əzab-əziyyət çəkirlər.

Sakinlərproblemlərinin həll edilməsini istəyirlər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, qurum tərəfindən əraziyə baxış keçiriləcək.Ehtiyac olduğu müəyyən edilərsə, həmin əraziyə dayanacaq qoyula bilər. Qurumdan o da bildirildi ki, vətəndaşlar belə hallarda mütləq agentliyə məlumat versinlər.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024