Xəzər Xəbər

Qanunsuz siqaret və mobil telefonlar keçirilməsinin qarşısı alınıb - VİDEO

Veb TV | 11:08 • 12 Oktyabr 2018
Qanunsuz siqaret və mobil telefonlar keçirilməsinin qarşısı alınıb -

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "Opel Vectra" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobilinə gömrük baxışı keçirilib.

DGK-dan xezerxeber.az-a verilən məlumata görə, gömrük baxışı zamanı avtomobilin yük yerində xüsusi düzəldilmiş gizli saxlanc yerindən aksiz markası olmayan 600 ədəd "Marlboro" və 2180 ədəd "Kent" markalı siqaretlər, 18 ədəd müxtəlif markalı telefonlara aid telefon qutuları, 4 ədəd qulaqlıq, 10 ədəd USB kabel, 12 ədəd qidalandırıcı başlıq, 3 ədəd üzərində "Mİ A2 Lite" yazısı olan və 3 ədəd üzərində "Redmi Note 5" yazısı olan mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024