Xəzər Xəbər

Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilir VİDEO

Veb TV | 20:55 • 27 Sentyabr 2018
Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilir

Azərbaycanda 700-dən çox Rusiya rezidenti olan şirkət fəaliyyət göstərir. Bunu Bakıda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumunda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev açıqlayıb. Tədbirdə iştirak edən Rusiyanın iqtisadiyyat naziri Maksim Oreşkin isə iki ölkə arasında maneələrin aradan qaldırılması üçün yeni mexanizmin tətbiq edildiyini bildirib.

Dövlət başçısının sonuncu səfəri zamanı Azərbaycanla Rusiya arasında iqtisadi sahədə 6 sənədin imzalanması iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir. Bunu bu gün Bakıda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxışı zamanı İqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir iki ölkə arasında iqtisadi əlaqələrin əsas göstəricilərini də açıqlayıb.

Rusiyanın İqtisadiyyat naziri Maksim Oreşkin isə Rusiya ilə Azərbaycan arasında maneələrin aradan qaldırılması üzərində iş getdiyini və problemlərin çevik həllinə nail olmaq üçün yeni mexanizmlərdən istifadə ediləcəyini vurğulayıb.

Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov isə qurumun fəaliyyəti nəticəsində icra edilən biznes layihələrinə diqqət çəkib.

Çıxışlardan sonra Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuraları arasında əməkdaşlığa dair Saziş imzalanıb. Sənədi Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov və Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik imzalayıblar.

Xəbər lenti