Xəzər Xəbər

Siqaret çəkənlərə xəbərdarlıq: Buna görə cərimələnəcəksiz VİDEO

Veb TV | 20:50 • 24 Sentyabr 2018
Siqaret çəkənlərə xəbərdarlıq: Buna görə cərimələnəcəksiz

Azərbaycanda siqaret kötüyünü və qutusunu yerə atanlar 50 manat məbləgində cərimələnəcəklər. Bundan başqa siqaretdən qadağan olunmuş yerlərdə istifadə edənlər və buna şərait yaradanlar üçündə cərimələr müəyyənləşdirililib. Artıq yetkinlik yaşına çatmayanlara siqaret təklif etmək də qadağandır və buna görə cərimə nəzərdə tutulub. Hətta taksilərdə belə siqaret çəkənlər cərimələnəcək.

Yollarda , dayancaqlarda, səkilərdə və açıq havada olan hər yerdə siqaret kötüyü qutusuna rast gəlinir. Artıq Azərbaycanda bu mənzərə dəyişəcək. Çünki siqaretin kötüyünü və ya qutusunu yerə atan hər bir şəxs 50 manat məbləgindəcərimələnəcək.

Bu barədə məlumat bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində verilib. Belə ki, tütün məhsullarının istifadəsi zamanı qaydaların pozulmasına görə İnizbati Xətallar Məcəlləsinə əlavələr edilir.

Eyni zamanda iaşə obyektlərində siqaret çəkənlər üçün şərait yaradanlar və siqaret çəkilmə yerlərini standartlara uyğun düzəltməyənləri də böyük cərimələr gözləyir.

Komitə iclasında ümumilikdə 12 məsələyə baxılıb və müzakirələrdən sonra hər biri qəbul edilib.

Xəbər lenti