Xəzər Xəbər

Bakıda qadına hücum edilib - iki nəfər saxlanılıb- VİDEO

Veb TV | 19:43 • 17 Sentyabr 2018
Bakıda qadına hücum edilib - iki nəfər saxlanılıb-

Bakıda qadına qarşı cinayət törədən iki nəfər xalaoğlu saxlanılıb. Onlar qadını bıçaqla hədələyib, pulunu və külli miqdarda dəyəri olan qızıllarını alıblar. Daha sonra isə ona qarşı əxlaqsız hərəkət ediblər.

Xezerxeber.az-ın məlumatına görə, əvvəlcə qadının üzərində olan pul və qızılı alıblar, daha sonra isə ona qarşı əxlaqsız hərəkət ediblər.

Hadisə paytaxtın Xətai rayonunda baş verib. Rayon Polis İdarəsinə müraciət edən bir qadın iki nəfər naməlum şəxsin onu bıçaqla hədələyərək 600 manat və 10 min manat dəyərində qızıl-zinət əşyalarının ələ keçirdiklərini, habelə idarə etdiyi avtomobildə ona qarşı əxlaqsız hərəkətlər etdiklərini bildirib.

İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakini İntiqam Yunusov və Qax rayon sakini Yaqub Məmmədov saxlanılıblar. Saxlanılan şəxslər ifadələrində hadisə günü qadını izlədiklərini və zərərçəkən qadın idarə etdiyi avtomobildən düşən zaman ona yaxınlaşaraq qeyd edilən cinayəti törətdiklərini bildiriblər.

Faktla bağlı Xətai Rayon polis İdarəsində cinayət işi başlanıb, istintaq davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024