Xəzər Xəbər

DSX-nin birgə taktiki döyüş təlimi başa çatıb VİDEO

Veb TV | 20:50 • 20 Avqust 2018
DSX-nin birgə taktiki döyüş təlimi başa çatıb

Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrinin taktiki döyüş təlimləri yekunlaşıb. Suüstü, sahil və hava hədəflərinə döyüş atışları uğurla icra edilib.

Sualtı, sahil və hava hədəflərinə atışlar həyata keçirilir.

Atışları sərhəd gözətçi gəmiləri, pilotsuz uçuş aparatları, helikopterlər, zenit-artileriya qurğuları icra edir.

Görüntülər dövlət sərhəd xidmətinin silahlı birləşmələrinin birgə taktiki döyüş təlimindəndir.

Taktiki döyüş təlimlərinin əsas hədəfi Xəzər dənizində neft-qaz ehtiyatlarının hasilatı və daşınması infrastrukturunun, sualtı boru kəmərlərinin mühafizəsi, dənizdə və sahildə təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi, sərhəd sularından qanunsuz məqsədlə istifadə hallarının, qaçaqmalın və qeyri-qanuni miqrasiya hallarının qarşısının alınması üzrə hərbçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması olub.

Dövlət sərhəd xidmətinin sahil mühafizəsinin sərhəd gözətçi gəmilərinin, çevik hərəkət qüvvələrinin pilotsuz uçuş aparatları və helikopterlərin raket komplekslərindən suüstü, sahil və hava hədəflərinə döyüş atışları uğurla icra edilib. Neft-qaz infrastrukturu istiqamətində təxribat qrupunu havadan dəstəkləyən pilotsuz uçuş aparatının, sualtı və sahildə düşərgə qurmuş təxribat qruplarının aşkarlanması və məhv edilməsi üzrə tapşırıqlar yüksək məharətlə icra edilib.

Xəbər lenti

Çox oxunanlar