Xəzər Xəbər

“Premium Euro-95” və “Super Euro-98” markalı benzin bahalaşdı VİDEO

Veb TV | 20:55 • 20 Avqust 2018
“Premium Euro-95” və “Super Euro-98” markalı benzin bahalaşdı

Azərbaycanda "Premium 95" və "Super-98" benzinin qiyməti bahalaşıb. Belə ki, premium benzinin qiymətində 25 qəpik, super benzinin qiymətində isə 10 qəpik artım olub.

Avqustun 19-dan etibarən Azərbaycanda "Premium Euro-95" və "Super Euro-98" markalı avtomobil benzinin qiyməti bahalaşıb. Belə ki, artıq "Premium Euro-95" markalı benzin 1 manat 50 qəpik, "Super Euro-98" markalı avtomobil benzininin qiyməti isə bahalaşaraq 1 manat 60 qəpik olub.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, "Premium Euro-95" və "Super Euro-98" markalı avtomobil benzini Azərbaycana idxal olunur. Buna görə də həmin markalı avtomobil benzini idxal olunduğu üçün onun qiyməti dövlət tərəfindən, konkret desək Tarif Şurası tərəfindən tənzimlənmir. Tarif Şurasında ancaq ölkədə istehsal olunan bir sıra mal və xidmətlərin qiymətləri tənzimlənir".

Qeyd edək ki, bundan əvvəl "Premium Euro-95" markalı benzin 1.25, "Super Euro-98" isə 1.50 manata satılırdı. Müqayisə üçün bildirək ki, qonşu ölkələrdən Gürcüstanda 95 oktanlı avtomobil benzinin satış qiyməti 1.03 ABŞ dolları, yəni 1.75 AZN, 98 oktanlı benzinin satış qiyməti 1.07 ABŞ dolları, yəni 1.82 AZN, Türkiyədə isə müvafiq olaraq, 1.14 ABŞ dolları, yəni 1.94 AZN və 1.18 ABŞ dolları, 2.0 AZN təşkil edir. Ukrayna Respublikasında bu növdə avtomobil benzinlərinin satış qiyməti müvafiq olaraq, 1.18 ABŞ dolları, yəni 2.0 AZN və 1.22 ABŞ dolları, yəni 2.07 AZN civarındadır.

Xəbər lenti

Çox oxunanlar