Xəzər Xəbər

Abşeronda evlərə qənim kəsilənlər yaxalanıb - VİDEO

Veb TV | 19:25 • 21 İyul 2018
Abşeronda evlərə qənim kəsilənlər yaxalanıb -

Abşeron rayonunda mənzilləri qarət edən dəstə yaxalanıb.

Xezerxeber.az-ın məlumatına görə, Abşeron polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Saray qəsəbəsində mənzillərdən oğurluq edən Elməddin Əliyev, Tural Dəmiroğlu və onlarla əlbir olan taksi sürücüsü Yusif Əbülhəsənov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər Saray qəsəbəsində 9 mənzili qarət edərək oradan müxtəlif məişət avadanlıqları, pul və digər əşyalar aparıblar.

Hadisənin digər iştirakçısı, taksi xidməti göstərən Yusif Əbülhəsənov isə oğurluqda özünü qismən günahkar hesab edib. O, daşıdığı malların oğurluq olduğunu sonradan bildiyini deyib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Həmçinin, vətəndaşlara dəymiş ziyanın məbləği müəyyənləşdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024