Xəzər Xəbər

Azərbaycana daxil olan və ölkədən çıxarılan valyutaya nəzarət gücləndirilir - VİDEO

Veb TV | 18:45 • 19 İyul 2018
Azərbaycana daxil olan və ölkədən çıxarılan valyutaya nəzarət gücləndirilir -

Azərbaycanda iqtisadi islahatların daha da dərinləşdirilməsi və biznes strukturları üçün daha şəffaf mühitin yaradılması məqsədilə ciddi addımlar atılır.

Xezerxeber.az-ın məlumatına görə, bunlardan biri Maliyyə Monitorinq Xidmətinin yaradılması haqqında dövlət başçısının fərmanıdır. Belə ki, bu xidmətin yaradılması ilə qanunsuz yolla pul əldə edənlərə, bu vəsaitləri leqallaşdırmaq istəyənlərə qarşı mübarizə daha da güclənəcək. Burda əsas məqsəd ölkəyə daxil olan və ölkədən çıxan vəsaitlərin nəzarətdə saxlanması və neqativ halların qarşısının vahid bir qurum vasitəsilə alınmasıdır.

Bu xidmətin yaradılması ilə yanaşı strateji yol xəritəsinə uyğun olaraq Rəqabət Agentliyinin yaradılması ilə bağlı fərman layihəsi də hazırlanır. Onu da qeyd edək ki, bu agentliyin yaradılması üçün aparılan hazırlıqlar qısa zamanda rəqabət məcəlləsinin də qəbul olunacağından xəbər verir. Bu məcəllənin qəbul edilməsi ilə inhisarçılığa qarşı mübarizə üçün əsas qanun qəbul edilmiş olacaq. Bu isə azad bazar iqtisadiyyatının formalaşmasına və onun inkişafına təkan verəcək ən əsas amillərdən biridir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndəsi Nicat Hacızadə bildirir ki, həyata keçirilən tədbirlər ən çox kiçik və orta sahibkarlığın inkişafına, onların öz bizneslərini daha da genişləndirməsinə töhfələr verir.

Nəzərdə tutulan layihələrin reallaşması Azərbaycanda bütün biznes strukturlarının inkişafına böyük töhfə verə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti