Xəzər Xəbər

Yevlaxda əkin sahələri susuz qalıb - VİDEO

Veb TV | 20:07 • 16 İyul 2018
Yevlaxda əkin sahələri susuz qalıb -

Hava şəraitinin isti keçməsi suvarma suyuna tələbatı daha da artırır.

Xezerxeber.az-ın məlumatına görə, Yevlaxın Əcəmi kəndinin sakinləri də yay fəsli girəndən sahələrini suvarmaqda çətinlik çəkirlər. Ərazidə olan torpaqlara yonca, taxıl və digər bitkiləri əksələr də, suvarma zamanı həmin sahələrə su gedib çıxmır.

Kənd sakinlərinin sözlərinə görə, əraziyə su yalnız qış aylarında normal gəlir. Yonca sahələri normal suvarılmadığından məhsuldarlıq aşağı düşür. Əcəmi kəndi ərazisinə suyun gəlməsi üçün Xaldan qəsəbəsi ərazisində yerləşən məktəbin həyətində olan su arxı genişləndirilməlidir.

Yevlax Suvarma Sistemləri İdarəsindən bildirildi ki, əkin sahələrinə suyun verilişi növbəlik əsasında aparılır. Əcəmi kəndinə normal su verilməsi üçün arxların təmizlənməsi işi də yaxın günlərdə həyata keçiləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar