Xəzər Xəbər

Ali Hərbi Məktəbdə daha bir məzun günü - Vətən üçün canlarından keçməyə and içdilər - VİDEO

Veb TV | 20:55 • 21 İyun 2018
Ali Hərbi Məktəbdə daha bir məzun günü -

Heydər Əliyev adına ali hərbi məktəb növbəti məzunlarını ordu sıralarına yola saldı. Məzunları təbrik edən müdafiə naziri Zakir Həsənov bildirib ki bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Hərbi qulluqçular üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Aprel döyüşləri və bir müddət əvvəl Naxçıvanda həyata keçirilən əməliyyatlar onu göstərdi ki, ordumuzun döyüş hazırlığı yüksək səviyyədədir.

Vətən üçün canlarından keçməyə and içdilər. Heydər Əliyev adına Ali Hərbi Məktəb növbəti məzunlarını ordu sıralarına yola saldı.

4 il davam edən hərb təhsilinin sonunda zabit kimi məzun olublar.

Məzunlara xidmətlərində uğurlar arzulayan müdafiə naziriZakir Həsənov bildirib ki, Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır.

Sonra hərbi məktəbin tədris və intizamda fərqlənən məzunlarına diplom və hədiyyələr təqdim edilib.

Daha sonra isə ali hərbi məktəbin döyüş bayrağının təhvili və qəbulu olub.

Bu ali hərbi məktəbin sayca 18-ci buraxılışıdır.

Xəbər lenti