Xəzər Xəbər

Ukraynalı deputat: Krım körpüsünü məhv etməliyik - VİDEO

Veb TV | 11:31 • 22 May 2018
Ukraynalı deputat:
Ukrayna Ali Radasının deputatı İqor Mosiyçuk "112 Ukrayna" telekanalının efirində bildirib ki, Krım körpüsünün dağıdılmasını vacib hesab edir. Ukraynalı deputat əlavə edib ki, Krım körpüsü düşmənin infrastrukturu sayılır.

"Dünyanın istənilən müharibə vəziyyətində olan normal ölkəsi öz ərazisi və əhalisinə görə, düşmənin infrastrukturunu məhv etməyə çalışır. Bu, körpü, dəmir yolu məntəqəsi və hava limanı olur",-deyə İqor Mosiyçuk vurğulayıb.

Şəxsən özü körpünün məhv edilməsində iştirak edəcəkmi sualını cavablandıran ukraynalı deputat bildirib ki, əgər müdafiə naziri olsaydı, bunu mütləq həyata keçirərdi./FaktXəbər

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024