Xəzər Xəbər

Netanyahu “Eurovision 2018”in qalibi ilə rəqs etdi

Veb TV | 17:26 • 17 May 2018
Netanyahu “Eurovision 2018”in qalibi ilə rəqs etdi

İsrailin baş naziri Binyamin Netanyahu "Eurovision 2018" mahnı yarışmasının qalibi Netta Barzilai ilə görüşüb.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir görüşlə bağlı təəssüratlarını feysbuk sosial şəbəkəsində yazıb və görüşdən video paylaşıb:

"Netta Barzilai ilə Qüdsdə görüşmək necə də xoşdur. Netta, biz hamımız səni sevirik. Sən ölkəmizə çoxlu qürur gətirdin”.

Netta baş nazir və xanımına toyuq formasında konfet hədiyyə edib. Daha sonra baş nazirlə sinxron şəkildə toyuq qanadlarının hərəkətini təqlid edərək kompozisiyanın ən yaddaqalan elementini təkrarlayıb.

Xəbər lenti