Xəzər Xəbər

Zəncirvari yol qəzası: 7 nəfər yaralanıb, 4 avtomobilə ziyan dəyib - VİDEO

Veb TV | 19:13 • 22 Aprel 2018
Zəncirvari yol qəzası:

İmişlidə zəncirvari yol qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə səhər saatlarında rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Prospektlə hərəkətdə olan minik avtomobilinin sürücüsü sükana nəzarəti itirib və maşın yol kənarında dayanmiş digər 3 minik avtomobilinə çırpılıb. Nəticədə də 4 avtomobilə ciddi ziyan dəyib. Bir nəfər sərnişin isə müxtəlif dərəcəli xəsarətlərlə İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Bundan başqa, Şəkidə də zəncirvari qəza baş verib. 3 minik avtomobilinin toqquşduğu hadisədə 6 nəfər xəsarət alıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar