Xəzər Xəbər

İsmayıllıda narkotik alverçisi yaxalandı - VİDEO

Veb TV | 19:15 • 22 Aprel 2018
İsmayıllıda narkotik alverçisi yaxalandı -

İsmayıllıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, əməliyyatı İsmayıllı polisi keçirib. Rayon Polis Şöbəsinin əməkdaşları əldə edilən məlumat əsasında əməliyyat-axtarış tədbirlərinə başlayıb. Əməliyat zamanı Zərnava kənd sakini Hikmət Abdurəhimov saxlanılıb və onun yaşadığı evə baxış keçirilib. Baxış zamanı oradan xeyli qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Hikmət Abdurəhimov narkotik vasitəni meşədən, yabanı halda bitmiş çətənə kolllarından əldə etdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti