Xəzər Xəbər

Kimyəvi zəhərləndiyi deyilən uşaq həqiqətləri danışdı VİDEO

Veb TV | 13:25 • 20 Aprel 2018
Kimyəvi zəhərləndiyi deyilən uşaq həqiqətləri danışdı
Suriyanın Duma şəhərinə atıldığı iddia edilən kimyəvi silahla bağlı daha bir həqiqət üzə çıxıb. Rusiya telekanalları kimyəvi hücumun görüntüləri hazırlanarkən qurban kimi təqdim olunan azyaşlılardan birini tapıb.

Həsən Diab adlı azyaşlı "ağ dəbilqəlilər" tərəfindən hazırlanan saxta görüntünün "qurbanı"na çevrildiyini bildirib: "Biz zirzəmidə idik və anam bildirdi ki, bu gün yeməyə heç nə yoxdur, sabah yeyəcəyik. Bundan sonra küçədən səslər eşitdik və bizə xəstəxanaya getməyimizi dedilər. Mən ora qaçdım və içəri girən kimi xortumla bizi yumağa başladılar. Bundan sonra bizi digər insanlarla birgə çarpayı uzatdılar"./faktxəbər

Xəbər lenti