Xəzər Xəbər

Goranboyda qədim alətlər ansamblı... - VİDEO

Veb TV | 20:05 • 22 Mart 2018
Goranboyda qədim alətlər ansamblı... -

Üzərinə öküz ürəyinin dərisi çəkilib, simləri isə həmin heyvanın bağırsağından hazırlanıb. Goranboyda fəaliyyət göstərən qədim alətlər ansamblına maraq böyükdür. Bu ansanblda həm də unudulmaqda olan mahnılar ifa olunur.

Xezerxeber.az-ın məlumatına görə, bir çoxumuzun adını ilk dəfə eşitdiyi qədim alətlərdən təşkil olunan ansambl Goranboyun Ağamalıoğlu kəndində, uşaq musiqi məktəbində fəaliyyət göstərir. 20 ilə yaxındır ki, bölgədə tar, kamança digər müasir musiqi alətlərini tədris edən müəllimlər şagirdlərə qədim alətlərin sirləri də öyrədirlər.

Görnüşünə görə müasirlərdən fərqlənən alətlər içərisində ən qədimi çağanaqdı. Alətin gövdəsi üzərinə öküz ürəyinin dərisi çəkilir, simləri isə həmin heyvanın bağırsağından hazırlanır.

Qədim alətlər ansbılına maraq böyükdür. Valideynlər məktəbdə tar, saz, kamança ilə yanaşı, övladlarının çağanaq, qopuz, qoşqa rübabı ifa etməsini də istəyirlər.

Qeyd edək ki, qədim alətlər ansamblında unudulmaqda olan mahnıların ifasına daha çox üstünlük verilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti