Xəzər Xəbər

Bəzi xəstəliyi olan insanlar bayramda qidalanmaya diqqət etməlidir - TƏFƏRRÜAT - VİDEO

Veb TV | 20:04 • 22 Mart 2018
Bəzi xəstəliyi olan insanlar bayramda qidalanmaya diqqət etməlidir -

Novruz bayramı ilə əlaqədar olaraq süfrələrdə bir həftə boyunca şirniyyatlar əksik olmayacaq. Ancaq bu şirniyyatlardan heç də hamı istədiyi kimi istifadə edə bilməyəcək.

Xezerxeber.az-ın məlumatına görə, buna səbəb bəzi xəstəliyi olan şəxslərin şirniyyatlardan çox həcmdə istifadənin sonradan ciddi fəsadlara səbəb olmasıdır.

Həkimlər bildirir ki, bayram qidalarını yeməyə əks-göstərişi olan insanlar bayram ərəfəsində hər zamankından daha diqqətlə qidalanmalıdırlar. Öd problemləri olanlar xüsusilə ehtiyatlı olmalıdırlar.

Ancaq siyahı bununla da bitmir. Şirniyyat, digər yağlı və ağır yeməklərdən uzaq durmayan bir sıra xəstəlik daşıyıcısı olanlar həkimə müraciət etmək məcburiyyətində qala bilərlər.

Həkimin tövsiyəsinə görə, bu tip xəstələr şirniyyatların dadına baxa bilər, amma hər gün onları qəbul etmələri tövsiyə olunmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti