Xəzər Xəbər

Gül dükanlarında canlanma var - VİDEO

Veb TV | 20:40 • 7 Mart 2018
Gül dükanlarında canlanma var -

8 Mart Beynəlxalq Qadınlar Bayramı ilə əlaqədar gül salonlarında canlanma var.

Xezerxeber.az-ın məlumatına görə, kimi əzizini təbrik etmək üçün bayrama bir gün qalmış hədiyyə almağa gəlir, kimi də sifariş etməyə. Satıcılar deyir ki, bayrama görə yaxınlarını təbrik etmək istəyənlərin çoxu sifarişlərini əvvəlcədən veriblər. Onların sözlərinə görə, maraq daha çox qızıl və çəmən güllərinədir.

Qiymətlər fərqlidir. Hər cibə uyğun qiymətə gül dəstəsi almaq mümkündür. Ən bahalı gül isə orxideyadır.

Hətta bahalı hədiyyələrə üstünlük verənlər də var.

Elə xanımların da hədiyyə olaraq daha çox gözlədikləri şey güldür.

Qeyd edək ki, 8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 mart ölkədə qeyri-iş günüdür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024