Fransanın "Nitsa” komandasının məşhur futbolçusu Mario Balotelli yayımladığı yeni video ilə gündəm olub.
UEFA Avropa Liqası son 32 turu matçları çərçivəsində Rusiyanın "Lokomotiv” komandası ilə qarşılaşacaq "Nitsa” paytaxt Moskvaya gedib.
Komandası ilə birgə şəhər turuna çıxan M.Balotelli Kremlin yerləşdiyi qırmızı meydanda Rusiya prezidenti Vladimir Putini səsləyib. Ulduz futbolçu "Putin, Putin, hardasan, Putin” deyərək prezidenti Qırmızı Meydanda axtarıb.
Onun bu görüntüləri sosial şəbəkədə geniş şəkildə yayılıb.
Qeyd edək ki, qarşılaşma Moskva təmsilçisinin xeyrinə başa çatıb./publika.az