Salyanda yanğın baş verib.
Xezerxeber.az-ın verdiyi xəbərə görə, yanğın rayonun Şorsulu kəndində ümumi sahəsi 245 m² olan tövlədə baş verib. Nəticədə tövlənin taxta atmaları, içərisinə yığılmış 20 ton ot bağlamasının 10 tonu və kisələrə yığılmış 2 ton buğdanın 500 kiloqramı yanıb. Yanğın zamanı tövlədə olan 5 baş heyvan tələf olub. Ot bağlamasının, buğdanın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Xezerxeber.az görüntüləri təqdim edir: