Xəzər Xəbər

Saakaşvili Kiyevdə yenidən tutuldu VİDEO

Veb TV | 18:06 • 12 Fevral 2018
Saakaşvili Kiyevdə yenidən tutuldu

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Kiyevdəki restoranlardan birində saxlanılıb.

Bunu onun dostu, Ali Radanın deputatı Yuriy Derevyanko deyib. O, qeyd edib ki, Mixeil Saakaşvili xüsusi təyinatlılar tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılıb.

M.Saakaşvilinin saxlanılması faktını Ukrayna Daxili İşlər Nazirliyindən də təsdiq ediblər. Qeyd olunub ki, M. Saakaşvili Miqrasiya Xidmətinin tələbi ilə saxlanılıb.

Xəbər lenti