Xəzər Xəbər

Bakının mərkəzində yaşayış BİNASINDA YANĞIN - VİDEO

Veb TV | 11:48 • 20 Yanvar 2018
Bakının mərkəzində yaşayış

Bakının mərkəzində yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə yanğın baş verən ərazidə olan Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi, general-mayor Füzuli Əsədov bilirib.

F. Əsədov qeyd edib ki, hadisə nəticəsində binanın 2000 kv.metr dam örtüyünün 250 kv.metri yanıb.

Onun sözlərinə görə, yanğın barədə siqnal saat 08.29-da daxil olub.

Hadisə yerinə FHN-nin 12 texnikası, 50 nəfərədək canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

***

Bakının Səbail rayonunda dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın məhdudlaşdırılıb.

FHN-dən verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Bəzi tüstülənmə ocaqlarının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***

Bakıda yaşayış binasında yanğın davam edir.

Yanğının söndürülməsi üçün hadisə yerində 10-dan çox yanğınsöndürən maşın işləyir.

Hadisə yerinə təcili tibbi yardım maşını da cəlb olunub.

Külək yanğının qarşısının alınmasına çətinliklər yaradır.

Sakinlər binadan təxliyə olunub.

***

Bakıda yaşayış binasında yanğın başlayıb.

Hadisə Səbail rayonunda, Neftçilər prospektinin "Azneft" meydanı yaxınlığında dördmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Alovun qarşısının alınması üçün tədbirlər görülür.


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024