Xəzər Xəbər

Türkiyədə avtobus qəzası: 13 ölü, 42 yaralı - VİDEO

Veb TV | 10:21 • 20 Yanvar 2018
Türkiyədə avtobus qəzası:

Türkiyənin Eskişehir şəhərində avtobus qəzası baş verib.

  "Anadolu” agentliyi xəbər verir ki, Ankaradan Bursa istiqamətində hərəkət edən sərnişin avtobusu Eskişehir ərazisində yolun kənarındakı ağaclara çırpılıb. Nəticədə 13 nəfər ölüb, 42 nəfər yaralanıb.

Qəzaya səbəb sürücünün avtobusun qarşısına çıxan iti vurmamaq üçün etdiyi kəskin manevr olub. Yaralılar xəstəxanalara çatdırılıb. Hadisə yerində polis işləyir.


Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024