Xəzər Xəbər

52 yaşında əkiz uşaq dünyaya gətirdi AZƏRBAYCANDA - VİDEO

Veb TV | 20:59 • 19 Yanvar 2018
52 yaşında əkiz uşaq dünyaya gətirdi
İlk övladını 48 yaşında dünyaya gətirən ana növbəti övlad sevincini 52 yaşında yaşadı. Hadisə Bakıda Tibb Universitetinin tədris cərrahiyyə klinikasında baş verib. Həkimlər ana və uşaqların həyatı üçün heç bir təhlükənin olmadığını bildirirlər.

52 yaşlı qadın əkiz uşaqlar dünayaya gətirdi.

Qadını əməliyyat edən Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasının həkimi Natavan Axundova deyir ki, xəstə müraciət edərkən vəziyyəti yaxşı olmayıb. Ancaq buna baxmayaraq qadının hamilələyi qorunub saxlanılaraq əməliyyat icra olnub.

Həkim həm uşaqların, həm də ananın həyatı üçün heç bir təhlükənin olmadığını bildirir.

Natavan Axundova deyir ki, bu yaşda uşaq dünyaya gətirmək həm ana ,həm də uşağın həyatı üçün çox təhlükəlidir.

Xəbər lenti